Modern.az

Kabildə yanğın: 9 nəfər öldü

Kabildə yanğın: 9 nəfər öldü

2 May 2021, 11:37

Əfqanıstanın paytaxtı Kabilin şimalında dünən axşam saatlarında baş verən yanğın nəticəsində ən azı 9 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Modern.az bildirir ki, bu barədə bu gün TOLO xəbər telekanalı Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

 

Telekanalın məlumatına görə, Kabil yaxınlığında yerləşən ərazilərdən birində benzinlə dolu bir tanker alışıb. Tezliklə yanğın digər yanacaq daşıyan maşınlara, eləcə də yaxınlıqdakı yük maşınlarına və avtomobillərə keçib.

 

Şahidlərin sözlərinə görə, ümumilikdə 50-yə yaxın nəqliyyat vasitəsinə ziyan dəyib.

 

Hadisə ilə əlaqədar olaraq, Kabilin bir çox bölgəsinə elektrik enerjisinin verilməsi  dayandırılıb və onun bərpası üçün işlər davam etdirilir.

 

Hazırda yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu