Modern.az

Gürcüstanda Pasxa bayramı qeyd edilir

Gürcüstanda Pasxa bayramı qeyd edilir

2 May 2021, 12:34

Bu gün Gürcüstanın xristian əhalisi Pasxa bayramını qeyd edir.

 

Modern.az xəbər verir ki, ölkə ərazisindəki kilsələrdə inanclı insanların iştirakı ilə dini ayinlər yerinə yetirilir. Ölkənin baş patriarxı, İkinci İlia Pasxa münasibətilə bu bayramı qeyd edənləri təbrik edib.

 

Qeyd edək ki, koronavirusun qarşısının alınmsı məqsədilə 2-4 may tarixilərində qəbirisitanlıqları ziyarət etmək qadağan edilib. Bu qaydanı pozanları 2000 lari cərimə gözləyir. 3-12 may tarixlərində isə ölkə miqyasında rəsmi tətil elan edilib. Tətil zamanı şərhərdaxili ictimai nəqliyyat fəaliyyətini dayandıracaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu