Modern.az

Hindistanda 9 minə yaxın adam "qara kif"ə yoluxdu

Hindistanda 9 minə yaxın adam

Dünya

23 May 2021, 15:10

Hindistanda "qara kif" adı ilə tanınan göbələk xəstəliyinə artıq 8.800-dən çox yoluxma qeydə alınıb.

 

Modern.az bildirir ki, bu barədə ölkənin kimyəvi sənaye naziri Sadananda Govda bildirib.

 

O deyib ki, müxtəlif əyalətlərdə artan yoluxma hadisələrinin ətraflı analizindən sonra, bu gün bütün bölgələrə cəmi 23.680 flakon Amfoterisin-B (göbələk əleyhinə vasitə) paylanılıb:

 

“Bu təyinat ümumilikdə 8848 nəfər olan ümumi xəstələrin sayına əsasən aparılıb”.

 

Nazir bu xəstəlikdən ən çox Gudjarat əyalətinin əziyyət çəkdiyini qeyd edib: “Orada 2281 yoluxma halı qeydə alınıb”.

 

Qeyd edək ki, ölkənin Maharashtra, Andhra Pradesh və Telangana əyalətlərində xəstələr müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza