Modern.az

Çempionluq bayramı zamanı faciə: fanat öldü

Çempionluq bayramı zamanı faciə: fanat öldü

Dünya

23 May 2021, 17:38

Azarkeşləri "Atletiko"nun çempionluğunu qeyd edərkən faciə baş verib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, Madridin mərkəzində hərəkət edən avtobusun pəncərəsindən başını çıxaran 14 yaşlı fanat divara çırpılıb.

 

Hadisə zamanı yeniyetmə azarkeşin ailəsi və dostları da yanında olub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Xatırladaq ki, ötən gün La Liqanın sonuncu turunda səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn Madrid klubu 11-ci çempionluğunu qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu