Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan istefa verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Naqdalyan xarici işlər naziri Ara Ayvazyanın ardınca postunu tərk edir.
Anna Naqdalyan 44 günlük müharibə sırasında Müdafiə Nazirliyinin o zamankı mətbuat katibi Şuşan Stepanyanla birlikdə rəsmi Yerevanın media siması idi.