İtkin düşmüş və əsir götürülmüş erməni hərbçilərinin valideynləri oğullarının vətənlərinə qayıtmalarına kömək etməsi üçün Rusiyanın Ermənistandakı səfirliyinin binasına toplaşıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Etirazçılar ümid edirlər ki, Rusiya hakimiyyəti Bakıya təsir göstərəcək və övladlarının qayıtmasına nail olacaq:
“Bakını məhbusları geri qaytarmağa məcbur edəcək heç bir təşkilat yoxdur. Üstəlik AŞPA-nın qəbul etdiyi qətnamədən sonra Azərbaycan tərəfi daha altı nəfəri əsir götürdü. Adı çəkilən altı nəfər də daxil olmaqla, hərbi əsirlərin valideynləri adından Rusiya rəhbərliyini onların geri qaytarılmasına kömək etməyə çağırırıq. Uşaqlarımızı geri qaytara biləcək başqa bir qüvvə yoxdur”.
Qeyd edək ki, sərhəddəki vəziyyətlə bağlı Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar Moskvada keçiriləcək. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr müzakirə olunacaq.
Aysel Məhərrəm