Ermənistanın paytaxtı Yerevanda 20 iyun seçkiləri nöcəsi növbəti rəy sorğusu keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakimiyyətə yaxın sosioloji mərkəzin keçirdiyi sorğu Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” blokunun üstünlüyünü möhkəmləndirdiyini göstərir.
Paytaxt sakinləri arasında Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş müqaviləsi” partiyası ikinci yeri tutur.
“Ermənistan” bloku – 22,1%
“Vətəndaş müqaviləsi” – 16,3%
“Şərəf Duyuram” – 6,2%
“Çiçəklənən Ermənistan – 5,8%
“İşıqlı Ermənistan” – 2,1%
Digər siyasi qüvvələr – 1,8%
Rəyi soruşulanların 45,7%-i seçkilərdə iştirak etməyəcəyini yaxud qərarsız olduqlarını bildiriblər. Sorğu 26-30 may aralığında keçirilib.