Modern.az

Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarladı

Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarladı

Dünya

4 İyun 2021, 22:10

Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

"Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb", - Türkiyənin Qara dəniz sahilində Filios limanının açılışında çıxış edən Ərdoğan deyib.

 

Onun sözlərinə görə, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir. 2020-ci ilin avqustunda Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatların aşkar olunması haqqında bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza