Əfqanıstanın şimal-qərbində yerləşən Badqis əyalətində baş verən güclü partlayış nəticəsində 11 dinc sakin vəfat edib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ilkin məlumata görə, mülki şəxslər yolun kənarında quraşdırılmış bombanın partlaması nəticəsində həlak olublar.
Ölənlər arasında qadınların və azyaşlıların olduğu bildirilir.