Modern.az

NATO Moskva ilə Minsk arasındakı sıx əməkdaşlıqdan narahatdır - Baş katib

NATO Moskva ilə Minsk arasındakı sıx əməkdaşlıqdan narahatdır - Baş katib

Dünya

6 İyun 2021, 11:43

Alyans ölkələri Rusiya ilə Belarusun sıx əməkdaşlığından ciddi narahatdırlar.

 

Modern.az  xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

 

“Müttəfiqlər son aylarda Moskva ilə Minsk arasında daha sıx əməkdaşlıqdan ciddi narahatdırlar”, - Stoltenberq deyib. Onun fikrinə görə, Belarus getdikcə Rusiyadan daha çox asılı vəziyyətə düşür.

 

“NATO müdafiə alyansıdır. Mən çox spekulyasiya etmək istəmirəm, amma biz ayıq-sayığıq və Belarusda baş verənləri çox diqqətlə izləyirik”, - deyə NATO-nun baş katibi qeyd edib.

 

“Əlbəttə ki, alyansın hər bir üzvünü ciddi halda qorumağa, Minsk və Moskvadan gələn hər cür təhdiddən müdafiə etməyə hazırıq”, - Stoltenberq əlavə edib.

 

Stoltenberq bildirib ki, Belarusdakı hadisələr NATO-nun Brüsseldə keçiriləcək sammitində müzakirə ediləcək. Onun sözlərinə görə, Belarusla mövcud tərəfdaşlıq razılaşmasına yenidən baxılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza