Burkina Fasonun Solxan kəndinə iyunun 5-nə keçən gecə silahlıların hücumu nəticəsində ölən mülki vətəndaşların sayı 160-a yüksəlib.
Modern.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında 20-yə yaxın azyaşlı olub.
Ölkə hökuməti faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.
Qeyd edək ki, son üç ildə Burkina Faso Qərbi Afrikada terror qruplaşmalarının aktivlik episentrinə çevrilib. Bu müddətdə terrorçular mindən çox dinc vətəndaşları öldürüblər, 1,5 milyondan artıq insan isə zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olub.