Modern.az

Ermənistanda seçki təşviqatı rəsmən başladı - 22 partiya, 4 blok... - SİYAHI

Ermənistanda seçki təşviqatı rəsmən başladı - 22 partiya, 4 blok... - SİYAHI

Dünya

7 İyun 2021, 09:18

Ermənistanda 20 iyunda keçiriləcək erkən parlament seçkilərinin təşviqat kampaniyası rəsmən başlayıb.


Kampaniya iyunun 18-dək davam edəcək, bundan sonra "sükut günü" olacaq. Səsvermə iyunun 20-də keçiriləcək.


Modern.az
Ermənistan mediasına istinadən xəbər verir ki, seçkilərdə iştirak etmək üçün rekord sayda 26 siyasi qüvvə (22 partiya və 4 blok)  qeydiyyatdan keçib.

Ermənistanda ümumi seçicilərin sayı 2 milyon 581 min 93 nəfərdir.

Seçkilərə qatılan siyasi qüvvələrin siyahısı bülletenlərdəki nömrəyə görə aşağıdakı kimidir:

  1. 1. "Ədalətli Ermənistan" Partiyası

  2. 2. Erməni Milli Konqresi

  3. 3. "Vətəndaş müqaviləsi" Partiyası

  4. 4. "Zartonk" Milli Xristian Partiyası ("Oyanış")

  5. 5. "Azadlıq" Partiyası

  6. 6. "Mənim şərəfim var" bloku

  7. 7. "Birləşmiş Vətən" Partiyası

  8. 8. "Ümumerməni Milli Dövlətçiliyi" Partiyası

  9. 9. "Maariflənmiş Ermənistan" Partiyası

  10. 10. "Bizim evimiz Ermənistandır" Partiyası

  11. 11. Respublika Partiyası

  12. 12. "Erməni Vətəni" Partiyası

  13. 13. "Azad Vətən" bloku

  14. 14. "Çiçəklənən Ermənistan" Partiyası

  15. 15. Ermənistan Demokratik Partiyası

  16. 16. "Milli Mühafizəkar Hərəkat 5165" Partiyası

  17. 17. "Vətəndaş seçimi" Sosial-Demokrat Partiyası

  18. 18. “Şirinyan-Babajanyan Demokratlar İttifaqı” bloku

  19. 19. "Milli Gündəm" Partiyası

  20. 20. “Oyanış” Partiyası

  21. 21. Liberal Partiya

  22. 22. "Erməni Qartalları - Birləşmiş Ermənistan" Partiyası

  23. 23. Ermənistanın Avropa Partiyası

  24. 24. "Hayastan" ("Ermənistan") bloku

  25. 25. "Milli Demokrat Qütbü" Partiyası

  26. 26. "Suveren Ermənistan" Partiyası


Ekspertlər “Vətəndaş müqaviləsi” Partiyası (lideri - Nikol Paşinyan), “Hayastan” bloku (Robert Köçəryan), "Mənim şərəfim var" bloku (Serj Sarkisyanın dəstəyi ilə Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” Partiyasının (Gagik Tsarukyan) seçkilərdəki imkanlarını daha geniş qiymətləndirirlər.

Həmçinin, "Maariflənmiş Ermənistan" (Edmon Marukyan) və "Erməni Milli Konqresi"nin (Levon Ter-Petrosyan) də parlamentdə yer ala biləcəyi qeyd edilir.



Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal