Modern.az

Rusiya bu şəxslərin ölkəyə girişinə qadağa qoydu

Rusiya bu şəxslərin ölkəyə girişinə qadağa qoydu

Dünya

8 İyun 2021, 00:38

Rusiya doqquz kanadalı rəsmi şəxsin ölkəyə girişinə qadağa qoyub.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova yazılı açıqlama yayıb.

 

O bildirib ki, qadağa həmin şəxslərin Rusiyaya qarşı münasibətin formalaşması və tətbiqindəki rollarına görə qoyulub:

 

“Kanada administrasiyası müxtəlif səviyyələrdə Rusiyaya qarşı təşəbbüsləri dəstəkləyir. Ottava Ukrayna və Baltikyanı ölkələrin Rusiyaya qarşı əsassız ittihamlarına dəstək verir, Rusiyanın daxili işlərinə qarışmağa təşəbbüs göstərir”.

 

Zaxarova əlavə edib ki, sözügedən qərar Kanadanın martın 24-də qəbul etdiyi sanksiya qərarına cavabdır.

 

Rusiyanın sanksiya tətbiq etdiyi kanadalı rəsmilərin siyahısı belədir:

 

Ədliyyə naziri və baş prokuror Devid Lametti

Federal Penitensiar Xidmət rəisi Anne Kelli

Atlı Polis komissarı Brenda Laki

Prezident Administrasiyası Daxili siyasət idarəçiliyi rəhbəri Marsi Sarkes

Regional əlaqələr naziri Dominik LeBlank

Milli müdafiə nazirinin müavini Codi Tomas

Baş qərargah rəisinin müaavini Mayk Roula

Atlı Polis komissarının müavini Brian Brennan

Silahlı Qüvvələr Təhlükəsizlik rəhbəri Skott Bişop.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal