Modern.az

Parlamentin ilk iclasını Saakaşvili açacaq

Parlamentin ilk iclasını Saakaşvili açacaq

Dünya

5 Oktyabr 2012, 12:01

Gürcüstanın yeni parlamentinin ilk iclasını prezident Sakaşvili açacaq. Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, bu, parlament reqlamentinin 120-ci maddəsində nəzərdə tutulub.

Reqlamentə görə, parlamentin ilk iclasını məhz prezident açmalıdır. Bundan sonra prezident iclası aparmaq üçün parlamentin ən yaşlı üzvünə söz verir.  

Yeni parlament birinci iclasında sədrini seçməli və komitə rəhbərlərini müəyyən etməlidir. Parlamentin ilk iclası MSK-nın rəsmi protokolunun dərcindən 20 gün sonra keçirilməlidir.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!