Modern.az

İrəvanda məmurların yeni hökumətin vəzifələri uğrunda mübarizəsi QIZIŞIR

İrəvanda məmurların yeni hökumətin vəzifələri uğrunda mübarizəsi QIZIŞIR

Dünya

26 İyun 2021, 10:21

Ermənistanda yenicə başa çatan növbədənkənar parlament seçkilərindən sonra müxtəlif dövlət idarələrində kimin hansı vəzifəni tutacağı barədə qızğın müzakirələr gedir.

Modern.az saytı xəbər verir ki, "Joxovurd" qəzetinin yazdığına görə, bir sıra vəzifələrə hansı tanınmış simaların gətiriləcəyi barədə informasiya sızıb.

Belə ki, Ermənistan Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyanın İrəvan şəhərinin meri vəzifəsinə hazırlandığı qeyd olunur.

Onun yerinə isə hökümətin Aparat rəhbəri Arsen Torosyanın gətiriləcəyi gözlənilir.

Hökümətin Aparat rəhbəri vəzifəsi  keçmiş təhsil, elm, mədəniyyət və idman naziri, baş nazirin müşaviri Arayik Harutyunyana həvalə oluna bilər.

Yeri gəlmişkən, hökümətin Aparat rəhbəri vəzifəsi uğrunda İrəvanın hazırkı meri Xaçatur Sukiasyanın da mübarizə apardığı bildirilir.

“Bu məsələlər hakimiyyət nümayəndələri arasında qızğın müzakirə olunarkən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hələ ki susur, heç kimə heç nə vəd etmir, konkret heç nə demir.

Paşinyan parlamentdən kənar qüvvələrlə məsləhətləşmələr aparır və hazırkı komandası ilə hələ görüşməyib”,-deyə qəzet yazır.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu