Modern.az

Ermənistanda quraqlıq: Yerevan-Gümrü yolu bağlandı

Ermənistanda quraqlıq: Yerevan-Gümrü yolu bağlandı

29 İyun 2021, 13:50

Ermənistanın Şirak vilayətinin sakinləri etiraz aksiyasına çıxıblar.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar Gümrü-Yerevan yolunu tam bağlayıblar.

Onlar anomal istilər səbəbindən məhsullarının məhv olduğunu, suvarma ilə bağlı heç bir nəticə əldə edə bilmədiklərini söyləyiblər.

 

Baş nazir Nikol Paşinyan məsələyə münasibət bildirərərək, su qıtlığı ilə bağlı yaranmış məsələnin həlli üçün damcılı suvarma metodu və yeni su anbarlarının inşasının əsas olduğunu əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI