Modern.az

"Belə zirvələri fəth etmək bizim üçün hələ tezdir” - Şevçenko

Dünya

4 İyul 2021, 15:59

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko AÇ-2020-nin 1/4 final mərhələsində İngiltərə yığmasına məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

 

Modern.az xəbər verir ki, Şevçenko, 0:4 hesabıyla uduzduqları görüşü belə şərh edib:

 

“Uşaqlar üçün çətin oldu. Ümumiyyətlə, komandam yenə öz futbolunu oynadı, prinsiplərimizdən əl çəkmədik. Müqavimət göstərməyə çalışdıq, lakin alınmadı. Rəqib bizim üçün əlçatmaz dağ oldu. Yəqin ki, belə zirvələri fəth etmək bizim üçün hələ tezdir”.

 

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu