Modern.az

Bayden Putinlə müzakirələr apardı

Bayden Putinlə müzakirələr apardı

9 İyul 2021, 21:42

ABŞ prezidenti Co Bayden Rusiya dövlət başçısı Vladimir Putin ilə telefon danışığı aparıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin saytında xəbər verilib.

 

Söhbət BMT-dən Suriyaya edilən humanitar yardım və guya Rusiyada olan cinayətkarlar tərəfindən törədilən beynəlxalq kiberhücumlarından gedib.

 

C.Bayden Rusiyalı həmkarını xaker qruplarına qarşı mübarizədə daha qətiyyətli davranmağa çağırıb. O vuğulayıb ki, ABŞ bu məsələdə "xalqını və kritik infrastrukturunu qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu