31 dekabr 2022-ci ildən etibarən Gürcüstanda siqaret qutularının hamısı eyni rəngdə olacaq.
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Tütün Nəzarəti Qanununda qeyd olunub. Qanuna əsasən, tütün məhsullarının qablaşdırılması və dizaynı, tütün məhsullarının və onların qablaşdırılmasının standartlaşdırılması qaydası müəyyənləşdiriləcək.
Layihənin məqsədinin aşağıdakılar olduğu bildirilir:
● Tütün məhsullarının cəlbediciliyinin azaldılması;
● Tibbi xəbərdarlıqların effektivliyini və görüntüsünü artırmaq;
● Tütün məhsulları və ya tütün məhsullarının qablaşdırılması ilə istehsalçını səhv yönləndirmə ehtimalını azaltmaq.
Bunun üçün hər növ tütün qutuları eyni rəngdə olacaq və marka, logo, ticarət markası və ya digər təyinatların istifadəsi qadağan olacaq.
Sadəcə satıcı və müştəri məhsulu müəyyənləşdirməkdə çətinlik çəkməmək üçün qutunun üzərindəki marka adları eyni standart şriftlə yazılacaq və qutuda istehsalçı ölkə göstəriləcək.