Modern.az

Bolqarlar sandıq başında: xalq deputatlarını seçir

Bolqarlar sandıq başında: xalq deputatlarını seçir

Dünya

11 İyul 2021, 10:08

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

 

Modern.az TASS-a istinadən bildirir ki, seçkidə 6,7 milyon seçici səs verməlidir.

 

Buna görə də ölkədə 13 minə yaxın seçki məntəqəsi açılır.

 

Seçki saat 7-də başlayıb.

 

Qeyd edək ki, ölkədə 4 apreldə baş tutan parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya parlamentdə daha çox yer tutub. Həmin partiyalar hökumət formalaşdıra bilmədikləri üçün ölkə rəhbəri Rumen Radev 11 iyulda parlamentə növbədənkənar parlament seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

 

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu