Modern.az

ABŞ-da silahlı insident: yaralılar var

ABŞ-da silahlı insident: yaralılar var

Dünya

11 İyul 2021, 10:26

ABŞ-ın Massaçusets ştatında, Boston şəhərinin Dorçester bölgəsində baş vermiş atışma nəticəsində azı 4 nəfər yaralanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “NBC” telekanalı yerli polisə istinadən məlumat yayıb.

 

Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 18:00-da (Bakı vaxtı ilə saat 02:00) baş verib. Atışma nəticəsində dörd nəfərin yaralandığı açıqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

İnsidentlə əlaqədar hələlik heç kim saxlanılmayıb. Hadisə ilə bağlı istintaq davam edir.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu