Modern.az

Somali çalxalandı: prezident sarayına mərmi düşdü

Somali çalxalandı: prezident sarayına mərmi düşdü

Dünya

11 İyul 2021, 12:39

Somalinin paytaxtı Mogadişoda ölkə prezidentinin rəsmi iqamətgahının yaxınlığında minaatanlardan atılmış azı dörd mərmi partlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Somalinin “Shabelle Media Network” xəbər portalı məlumat yayıb.

 

Məlumata görə, partlayışlar iqamətgahın yaxınlığında yerləşən evlərə ziyan vurub. Xəsarət alanlarla bağlı hələlik bir məlumat yoxdur.

 

Öz növbəsində yerli “Goobjoog News” xəbər portal mərmilərin prezident sarayının yaxınlığında yerləşən otel və məktəb binasına dəydiyini bildirib.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu