Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraildə Tel-Aviv səfirliyini açıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail prezidenti İsaak Herzok və BƏƏ-nin səfiri Məhəmməd Mahmud əl-Haca səfirliyin açılış lentini birlikdə kəsiblər. Bəə səfiri Haca mərasimdəki çıxışı zamanı, səfirliyin yalnız diplomatlar üçün bir yaşayış yeri olmadığını, iki dövlət arasında əlaqələrin, tərəfdaşlığın və dialoqun gücləndirilməsi missiyanın əsasını təşkil edəcəyini bildirib.
İsrail prezidenti Herzok isə BƏƏ bayrağını Tel-Əvivin səmalarında görməyin keçmişdə uzaq bir yuxu kimi göründüyünü, ancaq bu gün bir gerçək olduğunu söyləyib. Herzok səfirliyin açılmasının yalnız BƏƏ-İsrail münasibətləri üçün deyil, bütün Yaxın Şərq üçün əhəmiyyətli bir addım olduğunu da qeyd edib.
Xatırladaq ki, BƏƏ-nin paytaxtı Əbu-Dabidəki İsrail səfirliyi 29 iyun tarixində açılıb.
Mehri Qurban