Modern.az

Çində koronavirusa görə yenidən lokdaun tətbiq olundu

Çində koronavirusa görə yenidən lokdaun tətbiq olundu

15 İyul 2021, 21:37

Çinin cənub-qərb Yunnan əyalətinin Myanmar sərhədindəki Lunqçuan qəzasında dünən daha üç nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması faktı ilə bağlı lokdaun tətbiq edilib.

 

Modern.az “Xinhua”ya istinadən xəbər verir ki, 190 min əhalisi olan qəzaya giriş və çıxış məhdudlaşdırılıb, əhalinin kütləvi test olunmasına başlanılıb.

 

Yoluxanların hər üçü xəstəxanaya yerləşdirilib, onlarla təmasda olduqları müəyyənləşdirilən daha 383 nəfər isə karantinə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu