Modern.az

Ermənistan Qaragöl ətrafında itən iki hərbçini TAPA BİLMİR

Ermənistan Qaragöl ətrafında itən iki hərbçini TAPA BİLMİR

17 İyul 2021, 13:48

"İyulun 14-də itkin düşən iki erməni hərbçi azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib".

Modern.az xəbər verir ki, bu iddia ilə Sputnik Ermənistan hərbi mənbələrə istinadən çıxış edib.

Qeyd olunur ki, hazırda onların geri qaytarılması üçün danışıqlar aparılır.

Amma Ermənistan Müdafiə Nazirliyi belə bir məlumatın olmadığını və hazırda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Xatırladaq ki, hərbçilər Artur Nalbandyan və Aramais Torozyan 14 iyulda sübh saatlarında hərəkətdə olduqları avtomobillə Ermənistan-Azərbaycan sərhəddindəki Qaragöl yaxınlığında dumana düşüb və yoxa çıxdılar.

Ermənistan Müdafiə Nazirliyi hərbçilərin tapılması üçün Rusiya tərəfinin vasitəçiliyindən istifadə edir. Onların Azərbaycan ərazilərinə keçməsinin mümkünlüyü nəzərə alınaraq, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə müzakirələr aparılır.

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu