Modern.az

ABŞ-da “Aquapark”da 34 nəfər kimyəvi maddədən zəhərləndi

ABŞ-da “Aquapark”da 34 nəfər kimyəvi maddədən zəhərləndi

18 İyul 2021, 10:15

ABŞ-ın Texas ştatının Huyuston şəhəri yaxınlığında yerləşən “Aquapark”da kimyəvi maddənin sızması nəticəsində azı 34 nəfər zəhərlənib.

 

Modern.az “NBC” telekanalına istinadən xəbər verir ki, hadisə Harris dairəsində baş verib.

 

Hadisənin tam təfərrüatı açıqlanmasa da, istirahətə gələn sakinlərə “dəridə və ya tənəffüs orqanlarında yüngül qıcıqlanma” diaqnozu qoyulub.

 

Xəsarət alanlara dərhal ilkin tibbi yardım göstərilib. Ehtiyat tədbiri olaraq “Aquapark” günün sonuna qədər bağlanıb.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu