Modern.az

Böyük Britaniyanın Baş naziri və maliyyə naziri karantinə alınır

Böyük Britaniyanın Baş naziri və maliyyə naziri karantinə alınır

18 İyul 2021, 14:28

Boris Conson və maliyyə naziri Rishi Sunak özünü təcrid edəcəklər

 

Modern.az-ın arici KİV-ə istinadla verdiyi xəbərə görə, buna səbəb Britaniya Baş naziri və maliyyə naziri Rishi Sunakın koronavirus testinin cavabı müsbət çıxan səhiyyə naziri Sacid Cavidlə dünən təmasda olmasıdır.

 

Baş nazirin ofisindən qeyd ediblər ki, o, görüşlərini onlayn formada həyata keçirəcək.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Baş nazirin təcrid olunmayacağı, bunun yerinə hər gün COVİD testi olunacağı bildirilmişdi. Ancaq bunun mediada tənqid olunacağı ehtimalından sonra baş nazir geri addım atmağa məcbur qalıb.

 
 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu