Modern.az

Taliban Əfqanıstanın daha iki rayonunu ələ keçirdi

Taliban Əfqanıstanın daha iki rayonunu ələ keçirdi

Dünya

19 İyul 2021, 21:08

Əfqanıstanın Kapisa və Qəzni vilayətlərində daha iki rayon Taliban rəhbərliyinin nəzarətinə keçib.

 

Modern.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Taliban hücumundan sonra Nijrab (Kapisa) və Malistan (Qəzni) inzibati mərkəzlərindən geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib.

 

Eyni zamanda, Əfqanıstan Müdafiə Nazirliyi Samangan vilayətinin Dere-i Suf Bala bölgəsi üzərində nəzarəti geri qaytardığını elan edib.

 

Ümumiyyətlə, son bir gündə ölkənin 10 əyalətində Talibanla qarşıdurmalar meydana gəlib.

 

Qarşıdurmalar və əməliyyatlar zamanı 233 silahlı öldürülüb, 88 nəfər yaralanıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal