Modern.az

Gürcüstan, Moldova və Ukrayna prezidentləri birgə bəyannamə imzaladılar

Gürcüstan, Moldova və Ukrayna prezidentləri birgə bəyannamə imzaladılar

Dünya

19 İyul 2021, 22:52

Gürcüstan, Moldova və Ukrayna prezidentləri “Assosiativ üçlük” adından birgə bəyannamə imzalayıblar.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, Batumi bəyannaməsində hər üç ölkənin Aİ-yə üzv olma istiqamətindəki səyləri əks olunub.

 

Sənədin imzalanması Batumidə işə başlayan “Gürcüstanın Avropa yolu” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub. Tədbirdə Gürcüstan prezidenti Salome Zurabişvili ilə yanaşı, Aİ Şurası sədri Şarl Mişel, Moldova prezidenti Maya Sandu, həmçinin Ukrayna lideri Vladimir Zelenski iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal