Modern.az

Koçaryanla Sarkisyan vahid namizəd İRƏLİ SÜRƏCƏK

Koçaryanla Sarkisyan vahid namizəd İRƏLİ SÜRƏCƏK

Dünya

27 İyul 2021, 18:06

Ermənistanın eks-prezidenti Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku ilə sabiq dövlət başçısı Serj Sarkisyanın faktiki lider olduğu “Şərəf duyuram” bloku arasında danışıqlar başlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hər iki blok parlamentin vitse-spikeri postuna vahid namizəd irəli sürəcək.

 

“Ermənistan” blokunun rəsmisi, “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyan xəbəri təsdiqləyib.

 

O, əlavə məlumat verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI