Modern.az

İordaniya Suriya ilə sərhədi bağladı

İordaniya Suriya ilə sərhədi bağladı

1 Avqust 2021, 09:58

İordaniya hakimiyyəti Dəməşqdən 110 km aralıda yerləşən Dəra şəhərində vəziyyətin gərginləşməsi səbəbindən Suriya ilə sərhədi müvəqqəti bağlamaq qərarına gəlib.

 

Modern.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyindəki mənbə bildirib.

 

"Nəsib-Cabir keçid məntəqəsi, sərhədin Suriya tərəfindəki təhlükəsizliyə təsir edən hadisələr səbəbiylə müvəqqəti olaraq bağlanacaq", - mənbə deyib.

 

Məlumata əsasən, keçid məntəqəsi "uyğun şərait təmin edildikdən sonra öz işini bərpa edəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI