Əfqanıstanın ikinci əsas beynəlxalq hava limanı olan Qəndəhar Aeroportuna üç raket atılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumu Taliban öz üzərinə götürüb.
Raketlərdən ikisi təyyarə göyərtəsinə düşüb.
Bütün uçuşlar ləğv edilib. Hücum nəticəsində ölən olmayıb.