Egey dənizinin Türkiyənin Muğla vilayətinin Datça rayonu ərazisində son 12 saat ərzində 131 yeraltı təkan qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlama yayıb.
Məlumata görə, bölgədə daha bir zəlzələ bu gün yerli vaxtla saat 12:14-də 4.4 bal gücündə baş verib.
Son 12 saat ərzində eyni bölgədə 131 yeraltı təkan olub. Onlardan ən güclüsü Türkiyə vaxtı ilə saat 07.31-də (5.5 bal) qeydə alınıb.