Rəsmi Ankara Yunanıstana nota verib.
Modern.az xəbər verir ki, buna səbəb Ədirnə vilayətində Yunanıstan tərəfindən mülki geyimli şəxslərin açdığı atəş nəticəsində Türkiyə vətəndaşının ölməsidir.
Hadisə ilə əlaqədar Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.
Qeyd edək ki, iyulun 31-də Ədirnə vilayətinin Meriç rayonunun Adasarhanlı kənd sakinləri Mehmet Durğun və Süleyman Şener sərhəd xəttində yerləşən Meriç çayının sahillərinə gediblər. Yunanıstan tərəfindən açıldığı iddia edilən atəş nəticəsində Mehmet Durğun həlak olub.