Livanın Beyrut şəhərində keçirilən dəfn mərasimində atışma olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xalde rayonunda "Hizbullah" hərəkatının nümayəndələrindən birinin dəfn mərasimi zamanı qruplaşma üzvləri ilə digər silahlı şəxslər arasında baş verib.
İnsident nəticəsində bir neçə nəfərin öldüyü bildirilir. Hələlik ölənlərin dəqiq sayı məlum deyil.
Bundan əlavə, dəfn mərasimində iştirak edən bəzi şəxslərin də yaralanması barədə xəbərlər yayılıb.