Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.
Modern.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 108 nəfər koronavirusun qurbanı olub.
Son 24 saatda 245 152 COVID-19 testi aparılıb ki, bunun da 24 297-si müsbət çıxıb. Eyni zamanda, 6636 xəstə sağalıb.