Modern.az

Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb  

Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb  

Dünya

5 Avqust 2021, 22:55

Türkiyədə 9 gün ərzində 38 vilayətdə 180 meşə yanğınının qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli "Twitter" səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, hazırda 5 vilayətdə 12 meşə yanğını davam edir.

 

Son məlumatlara əsasən, Antalyada 2, Aydında 1, Dənizlidə 1, İspartada 1 və Muğlada 7 nöqtədə yanğınla mübarizə aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu