"Bu gün Azərbaycandan uçan yanğınsöndürən təyyarə 10 nəfərlik heyətlə birgə Dalaman hava limanına eniş edib".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN rəhbəri qeyd edib ki, Türkiyədə yanğınların söndürülməsinə dəstək məqsədilə Azərbaycan Gürcüstan vasitəsilə 50 yanğınsöndürən avtomobil və 150 nəfərlik heyət göndərib:
"Bu gün qardaşım Ceyhun Bayramovla bu barədə danışıdq. Demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb, maraqlanırlar".