Modern.az

ABŞ-da təyyarə qəzası: Bütün sərnişinlər öldü

ABŞ-da təyyarə qəzası: Bütün sərnişinlər öldü

Dünya

6 Avqust 2021, 08:15

Alyaskanın Ketçikan şəhəri yaxınlığında "Southeast Aviation" şirkətinə məxsus kiçiktutumlu təyyarə qəzaya uğrayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sahil mühafizəsi məlumat yayıb.

 

Bildirilib ki, qəza  nəticəsində təyyarənin göyərtəsində olan pilot və beş sərnişin həlak olub.

 

Hadisənin səbəbi hələlik məlum deyil. Ehtimal edilir ki, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu