Tokio Yay Olimpiya Oyunlarında son sutka ərzində daha 29 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsi məlumat yayıb.
Yoluxanlar arasında idmançı yoxdur.
Bir gün əvvəl Tokio Olimpiadasında rekord sayda - 31 nəfərdə gündəlik yoluxma aşkar edilib. Beləliklə, oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 382 nəfərə çatıb.