Modern.az

Türkiyədə dəhşətli qəza - 9 ölü, 30 yaralı

Türkiyədə dəhşətli qəza - 9 ölü, 30 yaralı

Dünya

6 Avqust 2021, 08:46

Türkiyənin Manisa vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Soma rayonunda yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

 

Hadisə nəticəsində azı 9 nəfər həlak olub, 30 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

 

Qəza zamanı avtobusda 50 nəfərin olduğu bildirilir. Hadisənin səbəbi hələlik açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu