Modern.az

“Taliban” ilk dəfə inzibati mərkəzi ələ keçirdi

“Taliban” ilk dəfə inzibati mərkəzi ələ keçirdi

Dünya

6 Avqust 2021, 22:22

"Taliban" qiyamçıları bu gün Əfqanıstanın cənub-qərbində yerləşən Nimroz vilayətinin inzibati mərkəzi olan Zaranc şəhərini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

 

Beləliklə, "Taliban" illər ərzində ilk dəfə bir vilayətin inzibati mərkəzini ələ keçirib. Hökumət hələ bu mövzuda rəsmi açıqlama yaymayıb, lakin yerli məmurlar telekanala açıqlama verərək məlumatı təsdiqləyiblər.

 

Qeyd edək ki, ölkənin İran sərhədi yaxınlığında yerləşən Zaranc şəhəri əhəmiyyətli ticarət mərkəzidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu