Modern.az

Qəzzada vəziyyət yenidən gərginləşib  

Qəzzada vəziyyət yenidən gərginləşib  

7 Avqust 2021, 10:30

Qəzza bölgəsində İsrail və Fələstin arasında vəziyyət gərginləşib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Anadolu agentliyi yayıb.

 

Bildirilib ki, İsrailin döyüş təyyarələri Qəzzanın şimalında "Mülki İdarə" adlanan hökumət binasını hədəf alıb.

 

Fələstin Səhiyyə Nazirliyi hücum nəticəsində itki olub-olmadığını hələ açıqlamayıb. Yaxın saatlarda bölgədəki vəziyyət haqqında məlumat yayılacağı gözlənir.

 

Onu da qeyd edək ki, Türkiyə və dünya mətbuatında hücumla bağlı məlumat yayılmasına baxmayaraq, İsrail ordusu da hələlik açıqlama verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal