Bu gün Özbəkistanın hakim Liberal Demokrat Partiyasının idarə heyətinin iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyevin oktyabrın 24-də baş tutacaq prezident seçkilərində yenidən namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Mirziyoyev 2016-cı ildə keçirilən son seçkilərdə də Liberal Demokrat Partiyası tərəfindən namizəd göstərilmiş və qalib gəlmişdi.
Bundan əvvəl Ekologiya Partiyasının lideri Narzulla Oblomurodov, "Ədalət" Sosial Demokrat Partiyasının lideri Bəhrom Abdulhalimov və Milli Yüksəliş Demokratik Partiyasının lideri Əlişir Kadırov prezidentliyə namizəd göstərilib.
Özbəkistanda yaşı 35-dən yuxarı olan və son 10 ildə ölkədə davamlı yaşayan şəxslər prezidentliyə namizəd ola bilərlər. Namizədlər seçkilərə qatılmaq üçün seçicilərin ümumi sayının ən azı 1 faizinin imzasını toplamalıdır.
Ölkə başçısının 5 il müddətinə seçildiyi Özbəkistanda son prezident seçkiləri 2016-cı ilin dekabrında keçirilib. Seçkilərdə 88.61% səs toplayan Mirziyoyev qələbə qazanıb.