Modern.az

Kaliforniyada meşə yandı: 8 nəfər itkin düşdü

Kaliforniyada meşə yandı: 8 nəfər itkin düşdü

8 Avqust 2021, 08:59

ABŞ-ın qərbində tüğyan edən meşə yanğınları ilə bağlı taleyi naməlum qalan azı 8 nəfər xilasedicilər tərəfindən axtarılır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Plumas dairəsinin şerifi deyib.

 

“Bizə 8 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Onlardan ən azı 5-i ştatda qeydə alınan “Dixie” yanğınının tamamilə məhv etdiyi Qrinvill şəhərinin sakinləridir. Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsinin məlumatına görə, “Dixie” hazırda 180 min hektardan çox ərazini əhatə edir”, - deyə məlumatda qeyd olunub.

 

Kaliforniyada “Dixie”dən başqa daha 10 böyük yanğın qeydə alınıb. Yerli icra orqanlarının məlumatına görə, yanğınla mübarizədə 8500-ə yaxın yanğınsöndürən iştirak edir. 16 mindən çox insan təxliyə olunub, ölənlərlə bağlı hələlik məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu