Modern.az

Dünyanın ən hündür kosmik raketi hazırlanır

Dünyanın ən hündür kosmik raketi hazırlanır

Dünya

8 Avqust 2021, 09:51

Amerikalı milyarder İlon Maskın təsisçisi olduğu “SpaceX” aviakosmik şirkəti Texas kosmodromunda “Starship” ikimərhələli, təkrar istifadə edilə bilən daşıyıcı gəmisinin yığılması işini tamamlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Nasaspaceflight” portalı məlumat yayıb.

 

Bildirilib ki, kompleksin ümumi hündürlüyü 120 metrdir. Start meydançası ilə birlikdə isə 145 metrə çatır.

 

Müqayisə üçün bildirək ki, Misirdəki Xeops ehramının hündürlüyü 136 metrə bərabərdir.

 

Raketin son versiyası Meksika körfəzi üzərində orbital uçuş zamanı sınaqdan keçiriləcək, sınağın tarixi hələlik məlum deyil.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu