Bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibədən 13 il ötür.
Modern.az xəbər verir ki, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Grücüstanın dövlət bayraqları endirilib.
Axşam saatlarından prezident sarayı, hökumət administrasiyası, parlament binası, digər dövlət idarələrində və diplomatik nümayəndəliklərdə bayraqlar endirilib.
Qeyd edək ki, 2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib.