Birləşmiş Ştatlarda ötən gecə iki polis əməkdaşı güllələnib.
Modern.az-ın "CNN"-ə istinadla istinadən verdiyi məlumata görə, hadisə dünən yerli vaxtla saat 21:30 radələrində Çikaqo şəhərinin Saut-Sayd rayonunda qeydə alınıb.
Nəticədə qadın polis zabiti ölüb, digər polis əməkdaşı isə ağır yaralanıb. O, elə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polislərə atəş açan şübhəli şəxs də yaralanıb və xəstəxanaya yerləşdirilib.