Modern.az

Dünyada peyvəndləmə ilə bağlı son vəziyyət

Dünyada peyvəndləmə ilə bağlı son vəziyyət

Dünya

8 Avqust 2021, 15:59

İndiyədək dünya üzrə 4 milyard 430 milyon doza koronavirus vaksini vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə “Ourworldindata.org”da məlumat yer alıb.

 

Bildirilib ki, Çin 1 milyard 770 milyon doza ilə ən çox vaksin vurulan ölkədir.

 

Çini 506 milyon 810 min ilə Hindistan, 350 milyon 630 min ilə ABŞ, 151 milyon 710 min ilə Braziliya, 99 milyon 650 min ilə Yaponiya, 94 milyon 680 min ilə Almaniya, 86 milyon 210 min ilə İngiltərə, 76 milyon 470 min ilə Fransa, 76 milyon 64 min ilə Türkiyə, 73 milyon 150 min ilə İndoneziya, 71 milyon 650 min ilə Meksika, 71 milyon 420 min ilə İtaliya, 65 milyon 890 min ilə Rusiya və 58 milyon 540 min ilə İspaniya izləyir.

 

Dünya üzrə 203 milyon 106 min nəfər koronavirusa yoluxub, virus səbəbindən 4 milyon 303 mindən çox insan ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu