Türkiyənin İzmir şəhərinin Kemalpaşa rayonunda mikroavtobus qəzaya uğrayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus dərəyə aşıb. Mikroavtobusun içərisində türbə ziyarətindən dönən sərnişinlər olub.
Qəza nəticəsində 6 nəfər ölüb, 11-i isə yaralanıb.